Roma Kolizeyinin ekizi Türkiyənin Aydın şəhərində ortaya çıxdı

Zeytun və əncir ağaclarıyla örtülü torpaq sahəsinin altındakı tarixi tapıntı xaricdə də həyəcanla qarşılanıb

1607547
Roma Kolizeyinin ekizi Türkiyənin Aydın şəhərində ortaya çıxdı

 

  İtaliyanın paytaxtı Romadakı tarixi Kolizeyinin ekizi Türkiyənin Aydın şəhərinin Nazilli qəsəbəsində ortaya çıxdı.

  Mastaura antik şəhərində böyük hissəsi torpaq altında qalan meydanın gün yüzünə çıxarılması üçün işlər başlanılıb.

  Zeytun və əncir ağaclarıyla örtülü torpaq sahəsinin altındakı tarixi tapıntı xaricdə də həyəcanla qarşılanıb. İngiltərə qəzetləri xəbəri "Türkiyədə ortaya çıxan Roma meydanı" başlığıyla yayıb.

  Aydın şəhəri Adnan Menderes Universitetinin Arxeologiya fakültəsi mütəxəssisləri adı gedən sahədə elmi-qazıntı işləri aparır. Elmi qrupun rəhbəri Sedat Akkurnaz qazıntısı davam edən amfiteatr meydanı ilə bağlı deyib: "Anadoluda tayı-bərabəri, Yunanıstan və Misirdə belə bənzəri olmayan amfiteatr-arena dediyimiz döyüş meydanını aşkara çıxardıq. Təxminən 100 metr diametri və 35-40 metr hündürlükdə olan nəhəng nümayiş meydanı Şərqi Aralıq dənizi hövzəsində bildiyimiz ən yaxşı qorunmuş nümunədir”.

  Tarixi meydanın tam olaraq gün yüzünə çıxarılması və turizmə qazandırılması üçün işlər sürətləndirilib. Bundan sonra Aydının Nazilli qəsəbəsini dünya da tanıyacaq.  



Әlaqәli Xәbәrlәr