Ceyson Stethem: “Türk qonaqpərvərliyini unudmayacağam”

Məşhur aktyor Ceyson Stethem film çəkməyə gəldiyi Antalyadan ayrıldı.

1599867
Ceyson Stethem: “Türk qonaqpərvərliyini unudmayacağam”

Dünyaca məşhur rejissor Guy Ritçi və ingilis aktyor Ceyson Stethemi bir araya gətirən “Beş göz” filminin çəkilişlərinə 21 yanvar tarixində start verildi.

1.8 milyard lira xərclənərək inşa edilmiş və nəhəng bir film platosuna çevrilən Expo bölgəsində başlayan çəkilişlər Antaliyanın tarixi bölgəsi Kaleiçi və Cumhuriyet Meydanında davam etdi. Çəkiliş üçün təxminən 2 aydır şəhərdə olan Ceyson Stethem dünən ölkəsi İngiltərəyə qayıtmaq üzrə şəhərdən ayrıldı. Aktyor Antalyadan ayrılmadan əvvəl açıqlama verib. O: “Türkiyə gözəl ölkədir. Bu ölkənin mədəniyyəti və Antalya şəhərindən çox təsirləndim. Türk qonaqpərvərliyini heç vaxt unutmayacağam. Ən qısa müddətdə ailəmlə birlikdə Antalyaya gələcəm. Bu gözəlliklərdən Hollivuddakı dostlarıma danışacağam. Onlara film çəkmək üçün Türkiyəni seçmələrini tövsiyə edəcəyəm. Türkiyə və Türk xalqına göstərdiyi qonaqpərvərliyə görə minnətdarım”-deyə aktyor vurğulayıb.



Әlaqәli Xәbәrlәr