Afrində Anadolu Mədəniyyət Mərkəzi istifadəyə verilib
Suriyanın şimalındakı Afrində Bülbülzadə Fondu ilə YTB-nin əməkdaşlığı ilə Anadolu Mədəniyyət Mərkəzi istifadəyə verilib.
Suriyanın şimalındakı Afrində Bülbülzadə Fondu ilə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) əməkdaşlığı ilə Anadolu Mədəniyyət Mərkəzi istifadəyə verilib.
Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" əməliyyatı ilə terrordan təmizlənən Afrində Anadolu Mədəniyyət Mərkəzinin açılış mərasimi təşkil edilib.
Mərasimdə Bülbülzadə Fondunun sədri Turgay Aldemir, YTB və qyeri-hökumət təşkilatlarının nümayəndələri və bölgənin tanınmış şəxsləri iştirak ediblər.
İstifadəyə verilən Anadolu Mədəniyyət Mərkəzlərində təhsil, mədəniyyət, sənət və fikir işləri, dil kursları, xəttatlıq və musiqi kursları ilə peşə kursları veriləcək.
Afrin Anadolu Mədəniyyət Mərkəzinin rəhbəri Melih Ay mərkəzdə təxminən 300 şagirdin təhsil alacağını "Təhlükəsizliyin təmin olunduğu bölgələrdə mədəniyyət mərkəzləri açma fəaliyyətimiz davam edəcək. 17 sentyabr 2020-ci ildə Azəzdə də Mədəniyyət Mərkəzi istifadəyə verilib" deyib.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...