Atatürkün ətraf-mühitə verdiyi əhəmiyyət sənədli filmlə dünyaya tanıdılacaq

Hər il minlərlə insanın ziyarət etdiyi "Gəzən malikanə" çəkilişləri 20 gündə tamamlanan "O çinar" adlı sənədli filmin mövzusu olub.

1556483
Atatürkün ətraf-mühitə verdiyi əhəmiyyət sənədli filmlə dünyaya tanıdılacaq
yuruyen kosk.jpeg
yuruyen kosk.jpg

Ulu Öndər Mustafa Kamal Atatürkün göstərişi ilə  1929-cu ildə inşa edilmiş və yaxınlıqdakı çinar ağacının budağına zərər verməmək üçün relslər üzərində daşınan "Gəzən malikanə" sənədli filmlə dünyaya tanıdılacaq.

Əmlak Tarixi Əsərlər və Abidələr Ali Şurasının qərarı ilə qorunması lazım olan mədəniyyət və təbiət sərvətləri arasında qəbul edilən təsdiqlənmiş malikanənin yerindən hərəkət etdirilməsinə səbəb olan 400 illik şərq çinarı (plantanus oriantalis) növündəki ağacla zəmanəmizə gəlib çıxıb.

Hər il minlərlə insanın ziyarət etdiyi "Gəzən malikanə" çəkilişləri 20 gündə tamamlanan "O çinar" adlı sənədli filmin mövzusu olub.

Sənədli filmin rejissoru Fehmi Gerçeker sənədli filmi Atatürkün ətraf-mühitin mühafizəsinə verdiyi əhəmiyyəti əks etdirmək və bu əsəri dünyaya tanış etmək üçün hazırladıqlarını söyləyib.

"Gəzən malikanə"nin hekayəsinin dünyada bənzəri olmadığını vurğulayan Gerçeker "Bu, 1930-cu illərdə heç eşitmədiyimiz, dünyada yaşandığını görmədiyim bir hadisədir. O dövrdə bir çinar ağacının budağının kəsilməməsi üçün malikanə yerindən hərəkət etdirilir. Bu, çox maraqlı bir hadisədir. Burdan hərəkətlə bir sənədli film çəkmək üçün qərara gəldik və bunu dünyaya tanış etmək məqsədilə "Gəzən malikanə" sənədli filmi başladı” deyib.

Tamamlanan və Atatürkün ətraf-mühitin mühafizəsi barədə dünyaya nümunə olacaq düşüncəsini əks etdirən sənədli film ingilis dilinə tərcümə edilərək dünya televiziyalarına nümayiş etdirilməsi üçün təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr