Korona virusuyla bağlı qeyri-adi serial çəkilir

Bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib

1390485
Korona virusuyla bağlı qeyri-adi serial çəkilir

 

  Türkiyədə korona virusuyla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir.

  Korona virusunun qarşısınıalma tədbirləri çərçivəsində Türkiyə əhalisinin böyük əksəriyyəti, o cümlədən aktyorlar vaxtlarını evlərində keçirirlər. Bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib.

  Hazırda dünyanın ən aktual şüarı olan “Evdə qal”a uyğun olaraq “Ev halı” adlı serial sənətçilərin evlərindən çəkdikləri videolar əsasında hazırlanır.

  Serialın prodüser, ssenari müəllifi və rejissoru Birol Güven həm də baş rolun ifaçısıdır. B.Güven yeni ekran əsərinin insanların xəstəliklə bağlı maarifləndirilməsi, evdə keçirdikləri vaxtın səmərəli istifadəsi baxımından əhəmiyyətli olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr