Mövlanǝ muzeyini 1 ildə 3 milyon 464 min turist ziyarǝt edib

İslam dünyasının tanınmış  mütəfəkkiri Mövlanə Cəlaləddin  Ruminin məqbərəsinin  yerlǝşdiyi Konyadakı Mövlana muzeyini keçǝn il 3 milyon 464 min turist ziyarǝt edib.

1362394

Tarix, mədəniyyət və dini turizm  baxımından əhəmiyyətli bir potensiala malik Mövlana muzeyini hər il dünyanın müxtǝlif ölkǝlǝrindǝn  gələn milyonlarla turistin ziyarət edir. Mövlanə müzeyi keçǝn il Ayasofya muzeyindǝn sonra ǝn çox ziyarǝt edilǝn ikinci muzey olub.

Xüsusilə İran, Çin, Tayvan, Amerika və Cənubi Koreyalı turistlǝrin ǝhǝmiyyǝtli marşrutlarından birinǝ çevrilǝn müzeyi 2010-cu ildə 1 milyon 644 min, 2011-ci ildə 1 milyon 733 min, 2012-ci ildə 1 milyon 565 min, 2013-cü ildə 2 milyon 47 min,  2014-cü ildə 2  milyon 110 min, 2015-ci ildə 2 milyon 581 min, 2016-cı ildə 2 milyon 98 min, 2017-ci ildə 2 milyon 480 min və 2018-ci ildə 2 milyon 817 min turist ziyarǝt edib.

Әlaqәli Xәbәrlәr