Türkiyəyə gətirilən iki tarixi əsər Ankarada Anadolu Mədəniyyətləri Muzeyində nümayiş etdiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüslərilə Türkiyəyə gətirilən iki tarixi əsər paytaxt Ankarada sənətsevənlər üçün nümayiş etdiriləcək.

1361039

Nazirliyin açıqlamasına görə, keçən illərdə ölkə xaricinə qaçırılan və İngiltərədə aşkar edilərək təhvil prosesi başladılan İsparta mənşəli Sidamara növ qəbirdaşı  ilə eradan əvvəl 3000-2000 tarixinə əsaslanan Anadolu mənşəli iki buğalı öküz arabası əsəri  fevralın 15-də London Heathrow Hava Limanından İstanbul Hava Limanına gətirildi.

Tarixi əsər Ankarada mədəniyyət və turizm nazidi Mehmet Nuri Ersoyun iştirak edəcəyi 19 fevralda keçiriləcək mətbuat konfransındakı təqdimetmə tədbirində Anadolu Mədəniyyətləri Muzeyində nümayiş olunmağa başlanacaq.

Әlaqәli Xәbәrlәr