TRT Aİ İnsan Haqları üzrə qısametrajlı film yarışmasında birinci yeri aldı

Avropa İttifaqı (Aİ) İnsan Haqları üzrə qısametrajlı film mükafatları təqdim olundu.

1330082
TRT Aİ İnsan Haqları üzrə qısametrajlı film yarışmasında birinci yeri aldı

Avropa İttifaqı (Aİ) İnsan Haqları üzrə qısametrajlı film mükafatları təqdim olundu.

Türkiyə Radio Televiziya Qurumunun (TRT) “TRT World” telekanalının koordinatorluğunda işləyən Mustafa Koçun rejissorluq etdiyi, Oğuz Atabaşın nizamlanma işlərini apardığı və Güray Ervinin çəkilişini həyata keçirdiyi “It’sme, Super Girl” sənədli filmi birincilik mükafatına layiq görüldü.

Sənədli film milli üzgüçü Sümeyye Boyacının həyatını şərh edir.

Qeyd edək ki, 2018-ci ildə İrlandiyanın paytaxtı Dublinin ev sahibliyində keçirilən Avropa Paralimpiya Üzgüçülük Çempionatında 50 metr arxası üstə S5 kateqoriyasında qızıl medal qazanan milli üzgüçü Sümeyye Boyacı İngiltərənin paytaxtı Londonda keçirilən Beynəlxalq Paralimpiya Üzgüçülük Çempionatında isə dünya ikincisi olmuşdu.



Әlaqәli Xәbәrlәr