Bosniya Herseqovinada Türkiyə Film Həftəsi

Bosniya Herseqovinada Yunis Əmrə İnstitutu tərəfindən Türkiyə Film Həftəsi olacaq.

1320318
Bosniya Herseqovinada Türkiyə Film Həftəsi

 

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Baş Kino İdarəsinin də dəstək verdiyi tədbir çərçivəsində 7 Türkiyə filmi nümayiş etdiriləcək.

  Bosniya Herseqovinalılar 11-15 dekabr tarixlərində keçiriləcək növbəti tədbirdə Türkiyə kinosunun ən yaxşı nümunələri ilə tanış olacaqlar.

  Bu il 9-cu dəfə keçiriləcək  Türkiyə Film Həftəsinə Kamal Uzunun rejissoru olduğu "Ankara məktubu - vida məktubu"nun nümayişilə start veriləcək. Filmin baş rol ifaçısı Gürkan Uygun da bosniyalı pərəstişkarları ilə görüşəcək.

  Nümayiş etdiriləcək filmlər "Hoqqabaz", "Babamın adamları", "Mənə nağıl demə", "Ayla", "Rafadan tayfa macəraları" və "Can dostlar"dır. 

  Tədbir bu il ilk dəfə Bosniya və Herseqovinanın 23 fərqli şəhərində keçiriləcək.



Әlaqәli Xәbәrlәr