İstanbulda Türk Şurası III Gənclik Festivalı

"Qərb mədəniyyətinin cazibəsinin aldadıcı olduğu gənclər tərəfindən dərk edilməlidir", bunu Dünya Etnospor Konfederasiyasının sədri Bilal Ərdoğan deyib.

1316865
İstanbulda Türk Şurası III Gənclik Festivalı

 

Türk Şurasının İstanbulda təşkil etdiyi Türk Şurası III Gənclik Festivalının açılışında çıxış edən Bilal Ərdoğan Türk dünyası ölkələrinin nəqliyyat sahəsində arzu edilən mövqeyə sahib olmadıqlarına diqqət çəkib və bu ölkələr arasında təyyarə və yük nəqliyyatçılığının inkişaf etdirilməsinin lazım gəldiyini vurğulayıb.

Türk Şurası ölkələri arasında münasibətlərin siyasi və mədəni baxımdan getdikcə gücləndiyini ifadə edən Bilal Ərdoğan, mədəniyyət sahəsində əlaqələrin daha da irəli pillələrə qaldırılmasının lazım gəldiyini qeyd edib. O: “Dünya Etnospor Konfederasiyası, dünyada ənənəvi idman növlərini gücləndirmək istəyir. Türk dünyası ənənəvi idman sahəsində güclü infrastruktura sahibdir. 2020-ci ildə İznik şəhəri 4-cü Dünya Köçəri oyunlarına ev sahibliyi edəcək”, - deyə vurğulayıb.

Türk Şurasının baş katibi Baqdad Amreyev də çıxışında gənclər siyasətinin Türk Şurasının prioritetləri arasında iştirak etdiyini ifadə edib: "Gənclər bizim prioritetimiz və gələcəyimizdir. Türk Şurasında bir gənclik platforması yaratmalıyıq”.

Festivalda üzv dövlətlər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə qonaq dövlətlər Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 150-dən çox gənci iştirak edir.

 

 



Әlaqәli Xәbәrlәr