Türkiyə ərazisində aşkarlanan tarixi əsərlər Çinə təhvil verildi

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

1312467
Türkiyə ərazisində aşkarlanan tarixi əsərlər Çinə təhvil verildi

 

  Türkiyə ərazisində aşkarlanan və orta əsrlərdə Çində hakimiyyətdə olmuş Sui (557-618-ci illər) və Tan (618-907-ci illər) sülalələri dövrünə aid tarixi əsərlər Çin Xalq Respublikasına təhvil verilib.

  Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

  Tarixi əsərlərin təhvil verilməsi mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sözügedən mövzu ilə bağlı deyib:

  “Mədəni mirasın idxal, ixrac və mənimsənilməsinin qarşısının alınması UNESKO ilə 1970-ci ildə əldə olunmuş müqavilə əsasında həyata keçirilib. Bu istiqamətdə 2009-cu ildə iki ölkə arasında da müqavilə imzalanmışdı”.



Әlaqәli Xәbәrlәr