Türkiyə filmləri Qırğızıstanda nümayiş olunacaq
Qırğızıstanda Yerli Beyin Dərnəyi TÜRKSOY-un elan etdiyi "Oş-2019 Türk Dünyası Mədəniyyət Paytaxtı" çərçivəsində cənubdakı Oş şəhərində Türkiyə Filmləri Günləri tədbiri təşkil etdi.
Qırğızıstanda Yerli Beyin Dərnəyi TÜRKSOY-un elan etdiyi "Oş-2019 Türk Dünyası Mədəniyyət Paytaxtı" çərçivəsində cənubdakı Oş şəhərində Türkiyə Kino Günləri tədbiri təşkil etdi.
Dünən Oş Semetey kinoteatrında “Börü” filmilə start götürən və bu gün Nur kinoteatrında davam edəcək tədbir çərçivəsində "Bizim üçün Çempion" və "Rafadan Tayfa" filmləri ödənişsiz izlənə biləcək.
Filmlər nümayiş edilmədən tamaşaçılara xitab edən Türkiyənin Bişkek səfiri Cingiz Kamil Fırat 3 min illik keçmişi olan Oş şəhərində Türkiyə Kino Günləri tədbirini təşkil edən Yerli Beyin Dərnəyinə və əməyi keçən qurumlara öz təşəkkürünü bildirdi.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...