Səfirlərin həyat yoldaşlarına Türkiyə mədəniyyəti təqdim olundu

İsveçin paytaxtı Stokholmda 30 səfir və digər diplomatik missiya nümayəndələrinin həyat yoldaşlarına Türkiyə mədəniyyəti tanıdıldı.

1216079
Səfirlərin həyat yoldaşlarına Türkiyə mədəniyyəti təqdim olundu

  İsveçin paytaxtı Stokholmda 30 səfir və digər diplomatik missiya nümayəndələrinin həyat yoldaşlarına Türkiyə mədəniyyəti tanıdıldı.

  İsveçdəki Beynəlxalq Qadınlar Dərnəyi tədbirinin bağlanış mərasimi İsveçin Türkiyə Səfirliyi binasında gerçəkləşdi.

  Türkyənin İsveçdəki səfiri Hakkı Emre Yuntun həyat yoldaşı Figen Yuntun ev sahibliyilə təşkil edilən tədbirdə Beynəlxalq Qadınlar Dərnəyinin sədri Tereza Anderson (Therese Andersson), Diplomatların Həyat Yoldaşları Dərnəyinin sədri Reem Maquid Amin (Reem Maguid Amin), o cümlədən ABŞ və Rusiya da daxil olmaqla, 30 ölkənin səfir və diplomatik nümayəndələrin həyat yoldaşları iştirak etdi.

  Proqrama gələn qonaqlara Türkiyənin qəhvəsi, çayı və lokumu təqdim olundu, türk xalça və keçələri, geyimləri tanıdıldı.

  Tədbirdə Ankara Dövlət Opera və Balet Teatrının solisti, soprano Burcu Bükem Kuru isə konsert proqramı ilə çıxış etdi.



Әlaqәli Xәbәrlәr