Mərakeşdə Türk seriallarının izlənmə reytinqi çox yüksəkdir

Mərakeşdə televiziya ekranlarına çıxan Türkiyə istehsalı olan seriallar reytinq sırasında ən üst yerlərdə qərar tutur.

1201366
Mərakeşdə Türk seriallarının izlənmə reytinqi çox yüksəkdir

Mərakeşdə televiziya ekranlarına çıxan Türkiyə istehsalı olan seriallar reytinq sırasında ən üst yerlərdə qərar tutur.

Ölkədəki yerli kanalların reytinq nisbətlərini təqib edən "Marok Metri" adlı təşkilatın verdiyi məlumatda  dövlət televiziya kanalı  "Kanal 2"-də nümayiş olunan "Məni bağışla" adlı Türk serialının Ramazan ayında ən çox izlənilən seriallar arasında üçüncü yerdə olduğu bildirilir.

 Hər gün təxminən 9 milyon tamaşaçı tərəfindən izlənilən serialın reytinqi 70,8 faiz nisbətindədir.

Mərakeş ləhcəsi ilə dublyaj olunan və ölkədə 2011-ci ildən etibarən yayımlanan serialın qəhrəmanlarının ifaçıları da populyardırlar.

Mərakeşdə daha əvvəl də "Gümüş" və "Cökə ağaclarının altında" adlı Türk serialları ən çox izlənilər seriallar siyahısında idilər.



Әlaqәli Xәbәrlәr