TRT-nin təşkil etdiyi “XI Beynəlxalq Sənədli Film Günləri” başa çatdı

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) həvəskar və peşəkar kinoşünasları dəstəkləmək üçün bu il təşkil edilən “XI Beynəlxalq Sənədli Film Günləri” başa çatdı.

1192804
TRT-nin təşkil etdiyi “XI Beynəlxalq Sənədli Film Günləri” başa çatdı

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) həvəskar və peşəkar kinoşünasları dəstəkləmək üçün bu il təşkil edilən “XI Beynəlxalq Sənədli Film Günləri” başa çatdı.

İstanbul Camal Rəşit Rəy konsert salonunda keçirilən mərasimdə müxtəlif kateqoriyada

İstanbulda Camal Rəşid Rəy Konsert salonunda keçirilən mərasimdə fərqli kateqoriyalarda mükafatlar qaliblərə təqdim edildi.

 “XI Beynəlxalq Sənədli Film Günləri” “Milli Peşəkar Kateqoriyasında" “Ən Yaxşı Film Mükafatını” “Kimsəsizlər Oteli” adlı filmilə Rıdvan Karaman, “Mədəniyyət və Turizm Nazirliyi Mükafatını” “Diş Həkiminin Qorxusu” filmilə Murad Ərün, “Üçüncülük Mükafatı” da “Diş Ağrısı” filmilə Özər Kəsəmən qazandı.

"Beynəlxalq Kateqoriya"da isə Alessandro Cassigoli və Casey Kaufman, “Kəpənəg” adlı sənədli filmilə “Ən Yaxşı Film” mükafatına, Joost Vandebrug “Bruce Lee və Quldur” sənədli filmilə “Mədəniyyət və Turizm Nazirliyi Mükafatı"na, Chirst Martin “Son Anda” və Luke Lorentzen “Gecə Yarısı Ailəsi” sənədli filmilə “Üçüncülük Mükafatı’na layiq görüldülər.

 "Milli Tələbə Filmləri Kateqoriyası"nda  "Ən Yaxşı Film" mükafatını isə “Uçan Adam” adlı filmlə Uğur Ərsöz və Nusrət Oğuzhan Yıldız qazandı. “Çəhrayı Şəxsiyyət” adlı filmilə Tolunay Təkməkə filmilə “Mədəniyyət və Turizm Nazirliyi Mükafatı", “Bilirsənmi?” filmilə Bərriz Özə isə “Mərmərə Universiteti Mükafatı” təqdim olundu.

Beynəlxalq, Milli Peşəkar və Tələbə Filmləri Kateqoriyaları ilə yanaşı bu il hələ fikir mərhələsində olan, hələ təşkil tapmamış layihələrdən üçünə “Layihə Dəstək müsabiqəsi” adı ilə mükafat verildi.

“Adı Adilə” adlı filmlə Asuman Ərgüney, “Nietzschenin Dəsmalı” filmilə Feyzi Baran və “Uzaq” filmilə Musa Ak həmin mükafata layiq görüldülər.

TRT həvəskar və peşəkar kinoşünasları  dəstəkləmək məqsədilə 2009-ci ildən etibarәn tәşkil etdiyi  "Beynəlxalq TRT Sənədli Film Günləri" çərçivəsində  İstanbuldakı fərqli zallarda filmlәr nümayiş etdirir. Bu il 101 ölkədən 1397-si beynəlxalq kateqoriyada olmaqla cəmi 1605 film müraciəti oldu.

Festival müddətində 6 fərqli zallda 80 sənədli film tamaşaya qoyuldu.



Әlaqәli Xәbәrlәr