XI Beynəlxalq TRT Sənədli Film Günləri başladı

Türkiyə Radio vә Televiziya Qurumunun  təşkil etdiyi "XI Beynəlxalq TRT Sənədli Film Günləri" İstanbulda öz işinә başladı.

1190316
XI Beynəlxalq TRT Sənədli Film Günləri başladı

 

 

Türkiyə Radio vә Televiziya Qurumunun  təşkil etdiyi "XI Beynəlxalq TRT Sənədli Film Günləri" İstanbulda öz işinә başladı.

TRT Baş Direktorunun müavini Tuncay Yürekli  mərasimdə etditi çıxışında  Türkiyəni sənədli filmlә tanıştıran TRT-nin  sənədli film sahəsindəki təcrübəsini beynəlxalq sənədli film günləri vasitəsilə nümayiş etdirdiyini deyib.

Tuncay Yürekli  ‘‘XI  Beynəlxalq TRT Sənədli Film Günleri’’nin  dünyanın mәşhur kinoşünaslarını  bir araya gәtirdiyini ifadә edib.

TRT həvəskar və peşəkar kinoşünasları  dəstəkləmək məqsədilə 2009-ci ildən etibarәn tәşkil etdiyi  "Beynəlxalq TRT Sənədli Film Günləri" çərçivəsində  İstanbuldakı fərqli zallarda filmlәr nümayiş etdirir.

"Beynəlxalq TRT Sənədli Film Günləri" ilә bağlı әtraflı mәlumatı www.trtbelgesel.com sәhifәsindәn әldә etmәk mümkündür.

"Beynəlxalq TRT Sənədli Film Günləri" aprelin 29-da  keçirilәcәk mükafat mәrasimindәn sonra sona çatacaq.

Mükafat mәrasimindә qaliblәrә müxtәlif kateqoriyalar üzrә mükafatlar verilәcәk.



Әlaqәli Xәbәrlәr