Novruz bayramı Əskişəhərdə xüsusi təntənə ilə qeyd olundu

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) Novruz bayramının qeyd olunması çərçivəsində Əskişəhərdə müxtəlif tədbirlər keçirdi.

1168870
Novruz bayramı Əskişəhərdə xüsusi təntənə ilə qeyd olundu

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) Novruz bayramının qeyd olunması çərçivəsində Əskişəhərdə müxtəlif tədbirlər keçirdi.

Tədbir Prezident müavini Fuad Oqtay, BYT-nin sədri Abdullah Eren, Əskişəhər millət vəkili Nabi Avcı, Anadolu universitetinin rektoru Prof. Dr. Şafak Ertan Çomaklı, TRT-nin Baş direktoru İbrahim Eren ilə Türk Dünyasından nümayəndələr və tələbələrin iştirakı ilə keçirildi.

Novruz Türk Dünyasının ortaq mədəniyyət irsidir

Orta Asiyadan Balkanlara qədər çox gəniş coğrafiyada qeyd olunun Novruzun bütün bəşəriyyətin xeyrinə olmasını diləyən prezident müavini Fuad Oqtay deyib: “Novruz ata yadigarı Türküstandan doğan bir bərəkət və sevgi bayramıdır. Novruz Türk dünyasının ortaq mədəniyyət irsidir. Xoşbəxtik ki, bu gün dünyanın fərqli ölkələrindən gənc qardaşlarımızla bir arada, belə bir möhtəşəm atmosferin içində Novruz bayramını qeyd edirik. Fərqliliklərimizi zənginlik kimi görərək, heç kəsi gözdən yayındırmadan, ayrı-seçkilik qoymadan tam bir qardaşlıq iqlimində birlikdə Novruzu qeyd edirik. Bu gözəl Novruz tədbirini hazırlayan, bizi burada bir araya gətirən Anadolu unuversitetinə və Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinə çox təşəkkür edirəm.”

Türkiyə dünyanın Novruzu üçün mübarizə aparır

Tədbirdə çıxış edən YTB-nin sədri Abdullah Eren də Türkiyənin rəsmi sərhədlərindən kənarda geniş bir könül coğrafiyasına sahib olduğunu vurğulayıb.  YTB-nin dünyanın dörd bir guşəsində olan qardaş və əqrəba topluluqları ilə yenidən səmimi əlaqələr yaratması üçün fəaliyyətlər göstərdiyini dilə gətirən Eren “Biz bir imperiyanın irsindən qalanlarıq. Nə qədər də 784 min kvadratkilometrdə yaşadığımız bir vətənimiz olsa da Osmanli imperiyasının irsi olmağımıza görə daha çox soydışımız, daha çox əqrəbamız sərhədlərimizdən kənarda yaşayır. Dünyanın dörd bir guşəsində Türkcə danışan icmalar var. Bu icmalarla səmimi əlaqələrimizi davam etdirmək bizim borcumuzdur” deyib



Әlaqәli Xәbәrlәr