İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirildi

Novruz şənliyində türkdilli ölkələr, o cümlədən ayrı-ayrı dövlətlərdə mədəni muxtariyyəti olan türkdilli xalqlar təmsil olundular.

1168024
İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirildi

İstanbulda bütün türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirildi.

Şəhərin Topqapı rayonunda yerləşən “Türk dünyası” şəhərciyində təşkil olunan Novruz şənliyində türkdilli ölkələr, o cümlədən ayrı-ayrı dövlətlərdə mədəni muxtariyyəti olan türkdilli xalqlar təmsil olundular. Burada türkdilli millətlərə məxsus adət-ənənələr, musiqi nömrələri nümayiş etdirildi, Novruzun rəmzlərindən biri olan tonqal qalandı.

Meydandakı "Azərbaycan evi"ndə nümayiş etdirilən milli atributlar, geyimlər, adət-ənənələr ziyarətçilər tərəfindən böyük maraqla izlənildi.


Etiketlәr: #Novruz şənliyi

Әlaqәli Xәbәrlәr