Jülide Yalçın: "Ölkəm üçün çox böyük qürur hissi keçirirəm"

Türkiyə Dövlət Simfonik Orkestrinin baş skripkaçısı Jülide Yalçın Bolqarıstanın paytaxtı Sofiyada konsert proqramında çıxış etdi.

1163162
Jülide Yalçın: "Ölkəm üçün çox böyük qürur hissi keçirirəm"

Türkiyə Dövlət Simfonik Orkestrinin baş skripkaçısı Jülide Yalçın Bolqarıstanın paytaxtı Sofiyada konsert proqramında çıxış etdi.
 
 "Bulgaria Hall"da  Svilen Simeonovun dirijorluğu ilə Sofia Sinfonietta orkestrinin konsertində Volfqanq Amadeus Motsart və Cozef Haydndan əsərlər səsləndirildi.
 
 Motsartın "Türk Marşı" kimi tanınan "Rondo Alla Turca",  "Sonata no. 11 in A Major" adlı əsərinin təqdim olunduğu konsertdə, yenə Motsartın "Türk konserti" adı ilə tanınan "Concerto No. 5" adlı əsərini skripkada ifa edən Türkiyə Dövlət Simfonik Orkestrinin baş skripkaçısı Jülide Yalçının solo çıxışı dinləyənləri heyran etdi.
 
 Türkiyənin Sofiyadakı səfiri Həsən Ulusoy Türk və bolqar sənətkarların birlikdə təşkil etdikləri bu növ tədbirlərin iki ölkə arasındakı mədəni və humanitar əlaqələri daha da möhkəmləndirdiyini dilə gətirdi.
 
 Baş skripkaçı Jülide Yalçın da dinləyicilərin konsertə olan marağına görə  özünü xoşbəxt hiss etdiyini ifadə edərək:"Ölkəm üçün çox böyük qürur hissi keçirirəm" dedi.



Әlaqәli Xәbәrlәr