İngiltərənin ilk müsəlman qadın naziri “Dirçəliş Ərtoğrul”dan danışdı

TRT-nin baş direktoru İbrahim Eren də ona cavab sözləri yazdı...

1064337
İngiltərənin ilk müsəlman qadın naziri “Dirçəliş Ərtoğrul”dan danışdı

  Türkiyə Radio Televiziya Qurumu TRT-nin reytinq rekordları qıran serialı "Dirçəliş Ərtoğrul"a dünya miqyasında maraq günü-gündən artır.

  Serialının hələlik son heyranı İngiltərənin müsəlman ilk qadın naziri və ölkənin Lordlar Palatasının üzvü Sayeda Uarsi (Sayeeda Warsi) olub. O, “twitter” üzərindən apardığı etdiyi paylaşmada “Dirçəliş Ərtoğrul” serialının onda asılılıq yaratdığını dilə gətirərək yeni mövsüm həyəcanını bölüşüb.

  TRT-nin baş direktoru İbrahim Eren də cavab olaraq bu sözləri yazıb: “Bəli, bir dəfə baxdınızsa, qala bilməzsiniz, yenə izləmək istərsiniz. Bu ayın sonunda 600 illik bir mədəniyyətin köklərini anladan, Osmanlı dövlətinin atası olan Qazi Osmanın fiziki və zehni gücünü göstərən, qəhrəmanlıq hekayələrilə dolu yeni mövsüm gəlir."



Әlaqәli Xәbәrlәr