Dikdabana etiraz etdi, qırmızı xalıda ayaqyalın gəzdi

Kristen Stüart (Kristen Stewart) Kann (Cannes) festivalında dikdaban ayaqqabı məcburiyyətinə ayaqyalın etiraz etdi.

973186
Dikdabana etiraz etdi, qırmızı xalıda ayaqyalın gəzdi

 Kristen Stüart 71-ci Beynəlxalq Kann Film Festivalında qadınlar üçün düz ayaqqabı qadağasına etirazını qırmızı xalçada ayaqyalın yeriyərək bildirdi.

  “Alaqaranlıq” filmlərindən tanınan kinoaktrisa festivala tək nəfərlik etirazla damğa vurdu.

  “Black Klansman” filminin premyerasında bir az qırmızı xalçada poz verən 28 yaşlı amerikalı aktrisa sonra düz ayaqqabı qadağasına etiraz edərək dikdaban ayaqqabısını çıxardı, ayaqyalın yeridi və ayaqqabılarını əlində tutaraq durdu.

  Qeyd edək ki, “Cannes”da geyim qaydaları arasında qadınların dikdaban ayaqqabı geyinmək zərurəti var. K.Stüart keçən il “Marie Claire” jurnalına verdiyi müsahibədə: "Bu məcburiyyət təcili dəyişməlidir”, - demişdi.

  Kristen Stüartın çılpaq ayaqlı etirazına sosial mediada dəstək şərhləri gəlir.



Әlaqәli Xәbәrlәr