Kannın 71-ci Beynəlxalq Kinofesivalı öz işinə başlayıb

Fransanın Kann şəhərində 71-ci təşkil edilən dünyanın ən nüfuzlu film festivallarından sayılan 71-ci Beynəlxalq Kann kinofestivalı bu il 8-19 may tarixində keçiriləcək. Festivalda 4000 jurnalist və 4000 kinokritik iştirak edir.

967112
Kannın 71-ci Beynəlxalq Kinofesivalı öz işinə başlayıb
cannes film festivali2.jpg
cannes film festivali1.jpg

Bu il 71-ci təşkil edilən Beynəlxalq Kann Festivalı iki Oskar sahibi olan rejissor Asqar Farhadinin Everybody Knows filmi ilə başlayıb. Filmdə baş rolları Penelopa Krus və Xavyer Bardem oynayırlar. Filmin süjeti isə, ər-arvadın hekayəsini təsvir edir.

21 filmin 20 min avro dəyərindəki Qızıl Palma üçün yarışacağı festivalın mükafat mərasimi 19 Mayda keçiriləcək.

Kann Kinofestivalının bu ilki ümumi yarışında Türkiyəni isə Nuri Bilgə Ceylanın son filmi “Ahlat Ağacı (The Wild Pear Tree)” təmsil edəcək. Yarışacaq 21 film arasında, Jean Luc Godard, Asghar Farhad, Matteo Garrone və Spike Lee kimi rejissorların son filmləri də iştirak edir.

Qeyd edək ki, Festivalda çərçivəsində açılacaq Avropa Film Pazarında Türkiyəni təmsil edəcək pavilyonun təşkilatçılığını isə, Mədəniyyət və Turizm Nazirliyinin təlimatı ilə Beynəlxalq Boğaziçi Film Dərnəyi öhdəsinə götürüb.

Pavilyonda Türk kinosunun təqdimatı məqsədilə bədii və qısametajlı filmlər ilə sədənli filmlərdən ibarət kataloqlar, Türkiyədə təşkil edilən kinofestivalları və fəaliyyət göstərən istehsal şirkətlərinin məlumatlarını ehtiva edən kitabça təqdim edilir.

Türkiyə pavilyonunda, Türk kinosu və ölkə haqqında məlumat almaq istəyən prodüser, rejissor, kino administratoru, beynəlxalq kino təşkilatlarının nümayəndələri və kino yazıcılarına istiqamətli müxtəlif iclaslar təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr