7 May Radio Günüdür

7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub.

965132
7 May Radio Günüdür

 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı Rusiyanın Sankt -Peterburq şəhərində məruzəylə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim etdi.

  Bundan sonra  A.Popov Şərqi Avropada radionu icad edən adam olaraq tanındı. Ancaq Qərbi Avropa Nikola Tesla və Quqlielmo Markonu (Guglielmo Marconi) radionun ixtiraçısı hesab edirlər.

  1945-ci il mayın 7-də SSRİ Aleksandr Popovun adı ilə bağlı olan radionun yaranmasının 50 illiyini təntənəli şəkildə bayram keçirdi. Bu tarix Popovun ölümüdən həm də 40 il sonra idi. Beləliklə, 1945-ci ildən 7 may tarixini hər il Radio Günü olaraq qeyd etmək qərara alındı.

  Radio Günü rəsmi olaraq Bolqarıstan və Rusiyada xüsusi günlər kimi qeyd olunur.

  Müasir informasiya-internet sistemi neçə-neçə alim, mühəndis, texniki nəsil və ümumiyyətlə, rabitə ilə əlaqəli hər kəsin əməyinin nəticəsidir. Bu səbəbdən radio günü televiziya, radio, poçt işçiləri və radio həvəskarlarının bayramı hesab olunur.

  “Bayramımız mübarək olsun” deyir sizə TRT “Türkiyənin səsi” radiosu.



Әlaqәli Xәbәrlәr