Kanadada ilk dəfə bir Türk kanada ordeni ilə təltif eedilib

Kanadada ilk dəfə bir Türk, Kanada ictimaiyyətinə üstün xidmətləri olanlara təqdim edilən Kanada Şərəf medalı (Kanada ordeni) ilə təltif edilib.

897508
Kanadada ilk dəfə bir Türk kanada ordeni ilə təltif eedilib

Kanadanın Şərəf Medalı ilə təltif edilən ilk Türk Doktor Əhməd Fuad Şahin mükafatını Baş qubernator Julie Payettadan aldı.

Paytaxt Ottawada Baş Qubernatorluq Binasında təşkil edilən mükafat mərasimində Şahindən başqa 47 nəfərə də Kanadanın şərəf medalı təqdim edilib.

95 yaşılı Türkiyə və Kanada vətəndaşı Şahin, ölkədə yaşayan müsəlman və türk camaatlara töhfələrinə görə, Kanada Şərəf Medalı ilə təltif edilib.

Şahin mərasimdə etdiyi çıxışında: “60 ildir yaşadığım bu ölkədə etdiyim işlərin Kanada hökuməti tərəfindən yüksək qiymətləndirilməsinin xoşbəxtliyini yaşayıram”.

Şahin mükafat mərasimindən sonra Türkiyənin Ottawa səfiri Səlcuq Ünal tərəfindən qəbul edilib. Xarici işlər naziri Mevlüt Çacvuşoğlu da Şahinə telefon edərək, təbrik edib.

 



Әlaqәli Xәbәrlәr