Ərdoğan "Kut'ül Amare" serialının təqdimatına qatıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT 1 kanalında yayımlanacaq "Kut'ül Amare" serialının təqdimat mərasimində iştirak etdi.

890075
Ərdoğan "Kut'ül Amare" serialının təqdimatına qatıldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT 1 kanalında yayımlanacaq "Kut'ül Amare" serialının təqdimat mərasimində iştirak etdi.

Ankara Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən təqdimatda prezident Ərdoğan xanımı Əminə Ərdoğan ilə birlikdə serialın ilk bölümünü izlədi.

Bölümün nümayişi bitdikdən sonra Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan, baş nazir Binəli Yıldırım və xanımı Semiha Yıldırımla serialın yaradıcı heyəti ilə xatirə fotosu çəkdirdi.

Kut'ül-Amare Mühasirəsi I Dünya Müharibəsinin İraq Cəbhəsində İngiltərə və müttəfiqlərinin qoşunları ilə Osmanlı ordusu arasında olan mühasirə döyüşüdür.

Osmanlı əsgərinin ingilis döyüş təyyarəsini tüfənglə vuraraq düşürdüyü bu döyüşdə 13 min ingilis əsgəri, generalı və zabiti əsir alınıb. İngiltərə və müttəfiqlərinin döyüşçülərinin 23 mini bu döyüşdə ölüb və yaralanıb. İngilis tarixçisi James Morris Kut'ül-Amare Mühasirəsini Böyük Britaniyanın hərbi tarixinin ən alçaq şərtli kapitulyasiyası adlandırıb.

Kut'ül-Amare serialı 18 yanvar, cümə axşamı günü TRT 1-in ekranında yayımlanacaq.

 



Әlaqәli Xәbәrlәr