"Dəmir Kilsənin açılması beynəlxalq cəmiyyətə bir mesajdır", R.T.Ərdoğan

İstanbulun Ballat qəsəbəsində Dəmir Kilsənin açılış mərasimində çıxışında R.T.Ərdoğan deyib...

883246
"Dəmir Kilsənin açılması beynəlxalq cəmiyyətə bir mesajdır", R.T.Ərdoğan

  Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Dəmir Kilsənin bərpa olunaraq açılmasının beynəlxalq cəmiyyətə verilmiş çox mühüm bir mesaj olduğunu vurğulayıb.

  İstanbulun Ballat qəsəbəsində Dəmir Kilsənin açılış mərasimində çıxışında R.T.Ərdoğan deyib: "Biz inancı və mənşəyi nə olursa olsun, hər kəsin azad ibadətini təminetmənin dövlətlərin məsuliyyəti olduğuna inanırıq. Belə bir dövrdə kilsənin açılması beynəlxalq cəmiyyətə verilmiş çox mühüm mesajdır. Tarixin müəyyən dövrlərində yaşanmış acı xatirələr bizim uzun müddət və köklü şəkildə birlikdə yaşama təcrübəmizə kölgə salmamalıdır. Bizdə vəhdət anlayışı var. Bu, bizim əslində bütün inanclara, düşüncələrə münasibətimizi göstərir".

  Bolqarıstanın Baş naziri Boyko Borisov da Dəmir Kilsənin açılışında çıxışedərək deyib: “2018-ci ildə Türkiyə ilə Avropa İttifaqı münasibətlərinin normallaşdırılması üçün çox səy göstərmək lazımdır. Türkiyə Aİ-nin ən böyük qonşusudur, bu regionda ən böyük orduya sahib ölkədir… Dəmir Kilsənin bərpa edilərək xristian vətəndaşların xidmətinə verilməsi ölkəmizdə dinlərə qarşı davam edən tolerantlığın ən gözəl nümunəsidir."

  Türkiyənin Baş naziri Binəli Yıldırım da İstanbuldakı Dəmir Kilsənin açılış mərasimində iştirak və çıxış edib: "Dəmir Kilsənin bərpa edilərək xristian vətəndaşların xidmətinə təqdim edilməsi ölkəmizdə dinlərə qarşı əcdadlarımızdan gələn və bu gün də davam edən tolerantlığın ən gözəl örnəyidir. Türkiyədə müxtəlif inanclara malik vətəndaşlarımızın ibadətlərini icra edə, sülh və əmin-amanlıq şəraitində bir arada yaşaya bilməsi hökumətin önəm verdiyi mövzuların başında gəlir."



Әlaqәli Xәbәrlәr