Qərbdə  "Məsnəvi"ni oxuyan müsəlman olur

Frakiya Üniversitetinin İlahiyyat Fakültəsinin dekanı professor Cövdət Kılıç Mövlanənin "Məsnəvi"sini oxuyanların, onu dərk etməyə çalışanların müsəlman olduqlarını söylədi.

868275
Qərbdə  "Məsnəvi"ni oxuyan müsəlman olur

Frakiya Üniversitetinin İlahiyyat Fakültəsinin dekanı professor Cövdət Kılıç Frakiya Beynəlxalq Tələbə Dərnəyinin təşkil etdiyi  tədbirdə çıxış edərək, "Məsnəvi"dən bəhs etdi.

Kılıç qərb ölkələrində Mövlanənin "Məsnəvi"sini oxuyanların, onu dərk etməyə çalışanların müsəlman olduqlarını söyləyərək, "Məsnəvi"nin belə bir xüsusiyyəti olduğunu qeyd etdi.
 
Mövlanənin ölümü "sevgiliyə qovuşmaq" kimi təsvir etdiyini xatırladan Kılıç onun:"Biz öldükdən sonra məzarımızı torpağın altında axtarmayın. Bizim məzarımız əzizlərimizin könlündədir. Orada yatıram mən" ifadələrini səsləndirdi.
 
 Mövlanənin 1273-cü ildə Rəbbinə qovuşduğunu vurğulayan Kılıç:"Birləşmiş Millətlər Təşkilatı düz 700 ildən sonra 1973-ci ili Mövlanə İli elan etdi. BMT onu xatırlayır. Mövlana 700 il sonra özünü yenə xatırladır, 744 il sonra da  bizi bir araya gətirir. Onun sevgisini, məhəbbətini ürəyimizdə daşımaq üçün bizi özünə daha yaxınlaşdırır" dedi.
 
 Kılıç "Məsnəvi"nin  Qurani-Kərimin açıqlaması  olduğunu və insanlara Allahın tək olduğunu ifadə etdiyini bildirdi.
 

 Frakiya Beynəlxalq Tələbə Dərnəyinin sədri Hakan Çalışkan da maddə içində boğulmuş bəşəriyyətin Mövlanədən çox şey öyrənəcəyini söylədi. Dünyanın Mövlanənin işığına ehtiyacı olduğunu qeyd edən Çalışkan insanlığın ilahi eşqlə rahatlıq tapacağını söylədi.

 

 



Әlaqәli Xәbәrlәr