Daşkənddə "Türk-Özbək Dostluq Konserti" keçirilib

Türkiyənin Daşkənddəki səfirliyi ilə Mədəniyyət və Tanıtma  Orqanının təşkilatçılığı ilə keçirilən konsert Türküstan İncəsənət sarayında baş tutub.

843031
Daşkənddə "Türk-Özbək Dostluq Konserti" keçirilib

Özbəkistanın paytaxtı Daşkənddə "Türk-Özbək Dostluq Konserti" keçirilib.

Türkiyənin Daşkənddəki səfirliyi ilə Mədəniyyət və Tanıtma  Orqanının təşkilatçılığı ilə keçirilən konsert Türküstan İncəsənət sarayında baş tutub.

Konsertdə açılış nitqi ilə çıxış edən Türkiyənin Daşkənddəki səfiri Əhməd Başar Şen  ortaq tarix, dil, din və mədəniyyət köklərindən gələn Türk və Özbək xalqlarının könül bağlarını və səmimi qardaşlıq hisslərini tarix boyu mühafizə etdiyini və bir-birini dəstəklədiyini dilə gətirib.

"Biz  müxtəlif səbəblərdən əsrlər öncə bir-birindən ayrılan və başqa məkanlarda yaşayan, ancaq əsrlər boyu bir-biri üçün həsrət çəkən  iki qardaş xalqın övladlarıyıq" deyə səfir Ə.B.Şən bildirib.

Konsertdə  Mədəniyyət və Turizm Nazirliyi yanında  Dövlət Türk Xalq Musiqisi ifaçıları və Dövlət Xalq Rəqsləri İcma üzvləri ilə Özbəkistanın "Sabo" milli rəqs ansamblı və özbək ifaçılar maraqlı proqramla çıxış ediblər. 

 



Әlaqәli Xәbәrlәr