Alim Qasımov və Fərqanə Qasımova İstanbulda çıxış edib
Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İstanbulun Baxçaşəhər Mədəniyyət və Sənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova İstanbulun Baxçaşəhər Mədəniyyət və Sənət Mərkəzində konsert proqramı ilə çıxış ediblər.
Məlumata görə, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbaycan xalq musiqisi nümunələri, həmçinin “Ay qız”, “Əziz dostum”, “Mən gəlmişəm sizə qonaq”, “Əlimi bıcaq kəsibdir” mahnıları ilə tamaşaçıların könlünü oxşayıblar.
Alim Qasımov İstanbulda və Türkiyənin başqa şəhərlərində daha əvvəllər də konsert verdiklərini söyləyərək yenidən burada olmalarından məmnunluğunu ifadə edib.
1200 nəfərlik salonda baş tutan konsert tamaşaçıların ayaq üstə alqışları ilə sona çatıb.
Mənbə:AZƏRTAC
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...