Moskvada "Böyük Səlcuqlu İrsi" adlı fotosərgi nümayiş olunur

Rusiya Humanitar Elmlər Universitetində açılan "Böyük Səlcuqlu İrsi" adlı fotosərgidə Böyük Səlcuqlu Dövlətindən miras qalan əşya və memarlıq abidələrinə aid fotolar sərgilənir.

835124
Moskvada "Böyük Səlcuqlu İrsi" adlı fotosərgi nümayiş olunur

Rusiya Humanitar Elmlər Universitetində "Böyük Səlcuqlu İrsi" adlı fotosərgi nümayiş olunur.
 
 Türkiyənin Moskvadakı Səfiri Hüseyn Diriöz sərginin açılışında çıxış edərək 11-ci əsr İslam dünyasının ən mühüm mədəniyyətlərindən biri olan Səlcuqilərin təsirinin Orta Asiya, Orta Şərq və Orta Anadoludan ibarət geniş bir məkanda hiss edildiyini söylədi.
 
 Diriöz Səlcuqilərin son dərəcə zəngin mədəni irsinin gələcək nəsillərə layiqincə ötürülməsinin vacibliyindən danışaraq:"Bu dəyərli sərginin Moskvada açılmasına töhfə verən hər kəsə şəxsən təşəkkür edirəm" dedi.
 
 Sərgidə Anadolunin ən mühüm mədəniyyətlərindən biri olan Böyük Səlcuqlu Dövləti dövründən qalan memarlıq əsərlərinin fotoları və bəzi əşyalar nümayiş olunur.
 
 Sərgi Türkiyə Prezident Aparatı, Türkiyənin Moskvadakı Səfirliyi və Konya Səlcuqlu Bələdiyyəsinin dəstəyi ilə təşkil olunub.



Әlaqәli Xәbәrlәr