Stokholmda Türkiyə mövzulu fotosərgi

Stokholmda  bu il 4-cü dəfə Türkiyə mövzulu fotosərgi  keçirilir.

798548
Stokholmda Türkiyə mövzulu fotosərgi

Stokholmda  bu il 4-cü dəfə Türkiyə mövzulu fotosərgi  keçirilir.
 
Türkiyənin Stokholm Səfirliyin Mədəniyyət və Təbliğat Müşavirliyi tərəfindən təşkil edilən sərginin  İsveçin paytaxtı Stokholmun ən işlək məkanlarından olan Raoul Wallenberg Meydanında açılışı oldu.
 
 Türkiyə mövzulu 38 fotoşəkiln nümayiş olunduğu sərginin qapıları 1 ay müddətində açıq olacaq.
 
 Türkiyənin Stokholm Səfirliyinin mədəniyyət və təbliğat müşaviri Murad Koçak Türkiyə mövzulu fotosərgini ənənəvi hala gətirdiklərini bildirdi.
 
 Türkiyənin 155 peşəkar fotoqrafının 691 fotosunun içərisindən seçilən 38 fotoşəklin nümayiş olunduğu sərginin  sentyabrın 28-dək açıq olacağını dilə gətirən Koçak fotolarla yanaşı Türk ədəbiyyatının ən görkəmli şairlərinin "Gün və Günəş" mövzulu şeirlərini sərgi ilə bütünləşdirərək İsveç xalqını Türk foto sənəti və poeziyası ilə tanış etdiklərini söylədi.
 
Koçak isveçlilərin sərgi sayəsində Türkiyəni daha yaxından tanımaq imkanı əldə edəcəklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr