Firuzəyi çimərlik və yaşıl meşələrlə çevrəli yaylaqların keyfi bitməz

Türkiyənin mavi və yaşılı ilə ən gözəgəlimli tətil məkanlarından biri Antalyanın Kaş qəsəbəsidir.

784152
Firuzəyi çimərlik və yaşıl meşələrlə çevrəli yaylaqların keyfi bitməz

   Yerli və xarici turistlərin marağını çəkən bu yer Antalyanın qərbində yerləşir, dağların yaşılı ilə Aralıq dənizinin mavisi arasında qərar tutur, təbii gözəllikləri ilə özünə hər kəsi heyran qoyur.

  Yayda əhalisi 100 mini keçən Kaşda dəniz səfasıyla yanaşı dalğıc, yamacüstü paraşüt və Likya sivilizasiyasına paytaxtlıq etmiş Patara və Xanthos kimi antik şəhərlərə gəzinti var.

  Füruzəyi rəngli məşhur Kaputaş çimərliyində dənizə girən turistlər həm də meşələrlə çevrəli yaylaqlarını gəzərək dinclik tapa bilirlər.

  Kaşda böyük obyektlər deyil, kiçik otel və pansiyonlar var ki, bu da insana ev, ailə şəraiti bəxş edir.  



Әlaqәli Xәbәrlәr