Moskvadakı “Krasnaya Presnya” parkında Türkiyə festivalı

Rusiyanın paytaxtı Moskvadakı “Krasnaya Presnya” parkında üç gün davam edəcək Türkiyə festivalı başladı.

754219
Moskvadakı “Krasnaya Presnya” parkında Türkiyə festivalı

   Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Türkiyənin Rusiyadakı səfirliyi və Moskva şəhər rəhbərliyinin əməkdaşlığı ilə təşkil edilən festivalda iştirakçılar Türkiyə mədəniyyəti, tarixi, dili və ənənələriylə tanış olacaq.

  Festival sahəsində Topkapı Sarayı, Qapalı Çarşı və 15 İyul Şəhidlər Körpüsünün maketləri qurulub.

  Parkın qapısından girən insanlar Topkapı Sarayında dövrün patlarlarına baxıb, Qapalı Çarşıda alış-veriş edə biləcəklər.

  Türkiyə və Rusiya sənətçilərinin eyni səhnəni paylaşacağı festivalda ədəbi söhbətlər, dəfilə, müxtəlif təqdimat, türk əl sənəti nümunələri sərgiləri də olacaq.

  Festivalda İstanbul, Antalya, Muğla, İzmir, Aydın, Nevşehir, Qaziantep, Adana və Mersin kimi şəhərlər və bir çox turizm diyarı regional dəyərlərini və turizm zənginliklərini tanıdacaq.

  Nəsrəddin Xoca (Molla Nəsrəddin) obrazı, Karagöz və Hacivat oyunları da göstəriləcək.

  Festivalda hədiyyəlik əşyalar satın alma, qəhvə falına baxdırmaq kimi bir çox əyləncələr də olacaq.

  Moskvadakı Türkiyə festivalı 18 iyun - bazar günü sona çatacaq.



Әlaqәli Xәbәrlәr