İstanbul Topqapı Sarayındakı 500 illik əmanətlər
Topqapıda Məhəmməd Peyğəmbərin müqəddəs əmanətləri - qılıncı, oxu, yazdığı məktubu, möhürü, rəngli mərmər üzərindəki ayaq izi, qızıl sandıqdakı bir ovuc torpağı qalmaqdadır.
Topqapıda Məhəmməd Peyğəmbərin müqəddəs əmanətləri - qılıncı, oxu, yazdığı məktubu, möhürü, rəngli mərmər üzərindəki ayaq izi, qızıl sandıqdakı bir ovuc torpağı qalmaqdadır.
Yavuz Sultan Səlimin Misirə səfərindən sonra İstanbula gətirilən, sonrakı dövlərdə sayı davamlı artaraq çox dəyərli xəzinəyə çevrilən Müqəddəs Əmanətlər Topqapı Sarayındakı “Has Otaq” da 500 ildir mühafizə edilir və sərgilənir.
Müqəddəs əmanətləri Ramazan ayı müddətində daha çox insan görmək istəyir.
Peyğəmbərlərin xüsusi əşyaları ilə yanaşı Məkkə və Mədinəyə aid nümunələrdən ibarət əsərlərin də nümayişdə olduğu Müdəqqəs Əmanətlər bölməsi 24 saat oxunan Qurani-Kərim müşayiətində gələnləri qonaq edir.
Əndərun həyətindəki Müqəddəs Əmanətlər bölməsi padşahlar tərəfindən istifadə edilən, Fateh Sultan Mehmetin də xüsusi həyatını keçirdiyi yer kimi bilinən “Has Otaq”dadır.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...