XVI Beynəlxalq İpək və Ədviyyat Mədəniyyət Festivalı

Özbəkistanın Buxara şəhərində aralarında Türkiyənin də olduğu XVII Beynəlxalq İpək və Ədviyyat Mədəniyyət Festivalı sona çatıb.

741724
XVI Beynəlxalq İpək və Ədviyyat Mədəniyyət Festivalı

   Şəhərin tarixi bölgəsində təşkil edilən festivalda ölkədə istehsal olunan müxtəlif ipək parçalar və ədviyyat növləri sərgilənib.

  Üç gündür davam edən festival çərçivəsində ənənəvi özbək milli və yerli geyimləri, əl sənəti nümunələri, şəhərin müxtəlif yerlərində xalq oyunları, kəndirbazlıq və rəqslər göstərilib, xoruz və qoç dövüşləri təşkil edilib.

  Festival çərçivəsində ənənəvi özbək plovu bişirmək üçün aşbazların yarışması keçirilib, fərqlənənlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

  Tarixi İpək Yolundakı Buxarada yenidən turizmin inkişafına töhfə vermək məqsədilə təşkil edilən festival ölkənin tanınmış sənətçilərinin konsert proqramıyla sona çatıb.



Әlaqәli Xәbәrlәr