Braziliyanın Sao Paulo şəhərində Türk Günü keçirildi

Braziliyanın Sao Paulo şəhəri Bələdiyyə Məclisi Nobre zalında Türkiyə vətəndaşlarının iştirakı ilə keçirilən xüsusi iclasa Sao Paulo Bələdiyyə Məclisin sədri Milton Leite başçılıq edib.

742340

Türkiyənin Braziliya səfiri Əli Kaya Savut iclasda etdiyi çıxışda dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş nazirliyi dövründə Braziliya ilə imzalanan strateji tərəfdaşlıq hərəkət planı ilə iki ölkə arasındakı ticarət həcminin üç milyard dollara çatdığını söyləyib.

Səfir Savut  "Türk Hava Yollarının (THY) keçən il olduğu kimi Sao Pauloya həftədə yeddi reysi var. Ümid edirəm ki, son zamanlarda Braziliyada yaşanan bəzi siyasi hadisələrin iqtisadiyyatdakı müsbət addımlara mənfi təsiri olmayacaq." deyib.

Savut Türk Gününü yeni təşkil etməyə başladıqlarını dilə gətirərək, Sao Paulo Bələdiyyəsindən bu mövzuda böyük dəstək gördüklərini vurğulayıb.

Türk Günündə mədəniyyət fəaliyyətlərində və müxtəlif görüşlər keçirildiyini bildirən Savut gələcək illərdə daha geniş şəkildə, daha çox imkanlarla bu fəaliyyəti davam ettireceklerini söyləyib.

Әlaqәli Xәbәrlәr