30-cu Beynəlxalq Tehran kitab sərgisində İstanbul müxtəlif cəhətləri ilə tanıdılır

İranın paytaxtı Tehranın cənubundakı Şəhri Aftab şəhərciyində açılan sərgidə bu il ilk dəfə tətbiq edilən qonaq şəhər layihəsində İstanbul yer alıb.

725897
30-cu Beynəlxalq Tehran kitab sərgisində İstanbul müxtəlif cəhətləri ilə tanıdılır

İranın paytaxtı Tehranın cənubundakı Şəhri Aftab şəhərciyində təşkil edilən sərgidə bu il ilk dəfə tətbiq edilən qonaq şəhər layihəsində İstanbul yer alıb.

Tehran Yunus Emre İnstitutunun müdiri Turgay Şafak dünya şəhəri İstanbulu İranda tanış etməyin həyəcanını yaşadığını ifadə edərək deyib ki, qonaq şəhər İstanbul layihəsində şəhərimizi müxtəlif cəhətlərdən  tanıdırıq. Tehran kitab sərgisində həyata keçirilən bu yeni layihədə ilk olaraq İstanbulun olması bizi məmnun etmişdir.

Tehran kitab sərgisi daxilində 6 mayda Kave Fazl Halef, Əmin Sıddıki, Aydın Ruşenin natiq olaraq qatılacağı “Türkcədən Farscaya edilən tərcümələrdəki problemlər”, Prof. Dr. Derya Örsün natiq olaraq qatılacağı “Türkiyə-İran Mədəni Əlaqələr, Dünən Bu gün Sabah”, 8 mayda Prof. Dr. İlber Ortaylının qonaq olacağı “Dünya Tarixində İstanbulun Yeri " və Prof. Dr. Mahmud Erol Qılıncın natiq olaraq iştirak edəcəyi “Sufi İstanbul” mövzulu iclaslar keçiriləcək.

Mayın 2-də rəsmi açılışı olan sərgiyə ölkə daxilindən 2 min 643, ölkə xaricindən 139 nəşriyyatçı qatılır.

30-cu Beynəlxalq kitab sərgisinin qapıları mayın 13-dək açıq olacaq.



Әlaqәli Xәbәrlәr