Ərzurumda açılan kitab sərgisində Azərbaycan bölməsi də fəaliyyət göstərir

Bölmədə Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatının son illər Azərbaycanla bağlı çapa hazırladığı kitablar sərgilənir

724238
Ərzurumda açılan kitab sərgisində Azərbaycan bölməsi də fəaliyyət göstərir

Ərzurum bələdiyyəsinin təşkilatçılığı ilə açılan kitab sərgisində AZƏRTAC-ın Türkiyə nümayəndəliyinin dəstəyi ilə Azərbaycan bölməsi qurulub.

Bölmədə Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” nəşriyyatının son illər Azərbaycanla bağlı çapa hazırladığı kitablar sərgilənir. Nəsr və poeziyasevərlər, eləcə də ölkəmizin tarixini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini öyrənmək istəyən oxucular burada maraqlı kitablar əldə edə bilirlər.

Mayın 8-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan bölməsində nümayiş olunan bir neçə kitabın müəllifi üçün imza günü təşkil olunacaq.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr