Türkiyədə yaşamış Azərbaycan şairinin divanı

Azərbaycan Əlyazmalar İnstitutu Türkiyədə yaşamış Azərbaycan şairinin divanını əldə edib

705399
Türkiyədə yaşamış Azərbaycan şairinin divanı
divan

Azərbaycan Milli Elmlər Akademiyasının  filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

 Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş Molla Əli Talibi 1913-cü ildə Türkiyəyə köçərək bu ölkənin müxtəlif yerlərində yaşayıb. O,1943-cü ildə vəfat edib.

M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub.

Talibinin kiçikhəcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın göstərir.

mənbə :azertag


Etiketlәr: #divan

Әlaqәli Xәbәrlәr