“Qırmızı bağ” ən yaxşı film mükafatına layiq görülüb

Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

686035
“Qırmızı bağ” ən yaxşı film mükafatına layiq görülüb

Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalının “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.

AZƏRTAC-ın mәlumatına әsasәn, proqramın əsas mükafatı filmimizə Kanada, İslandiya, İtaliya, Qırğızıstan və Filippindən olan münsiflər heyəti tərəfindən təqdim olunub. Festivala 60 ölkədən 150 ekran əsəri qatılıb.

Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.

Filmin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov və Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları aktyorlar Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırır.



Әlaqәli Xәbәrlәr