Belqradda "İstanbulun Gözü" və "Mavi Qırmızı İstanbul" sərgiləri açıldı

Serbiyanın paytaxtı Belqradda İstanbulu tanıdan  iki fotosərgi açıldı.

682954
Belqradda "İstanbulun Gözü" və "Mavi Qırmızı İstanbul" sərgiləri açıldı
sırbistan'da istanbl akşamı.jpg

Türkiyənin Mədəniyyət və Turizm Müşaviriliyinin Belqrad Yunus Əmrə İnstitutu ilə birgə Belqradda təşkil etdiyi İstanbul mövzulu iki fotosərgi sənətsevərlərə təqdim olundu.
 
Ara Gülərin "İstanbulun Gözü" və Duyğu Sərinin "Mavi Qırmızı İstanbul" adlı fotosərgiləri belqradlıların böyük marağına səbəb oldu.
 
Türkiyənin Belqrad səfiri Tanju Bilgiç sərginin açılışında çıxış edərək qonaqlara Gülərin həyatı və yaradıcılığı barədə məlumat verdi.
 
 Belqrad mədəniyyət müşaviri Dərya Bahadır da Serbiyaya İstanbulu tanıtmaq istədiklərini bildiriirərək: "Heç bir sənətkar İstanbulu Gül qədər gözəl tanıda bilməz. Bu səbəbdən Gülərin sərgisini Serbiya xalqına təqdim edirik" dedi.
 
Paytaxtdakı Milli Qalereyada isə bu seriyadan  "Mavi Qırmızı İstanbul" adlı diğər bir sərginin açılışı oldu.
 
 "Mavi Qırmızı İstanbul" sərgisinin də açılışında iştirak edən səfir Tanju Bilgiç iki ölkənin sənətçiləri vasitəsilə  Serbiya və Türkiyə xalqının bir araya gəldiklərini vurğuladı.
 
 Gülərin "İstanbulun Gözü" sərgisi 6 mart,  "Mavi Qırmızı İstanbul" sərgisi  isə 15 marta qədər açıq olacaq.



Әlaqәli Xәbәrlәr