"Son illərdə müxtəlif filmlərimiz beynəlxalq festivallarda mükafata layiq görülür",N.Avcı

Mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə seriallarının izlənmə nisbətinin Avropada birinci yerdə olduğunu söyləyib.

638028

Nazir  Avcı “15 il əvvəl ildə sadəcə 9 yerli film ekranlara çıxarkən, indi bu rəqəm 139-a çatıb” deyə söyləyib.

İstanbulda rejissorla bir araya gələn Nabi Avcı Türkiyədə kinofilm sektorunun son dövrdə uğurlu işlər gördüyünü vurğulayıb.

O deyib ki, 15 il əvvəl ildə sadəcə 9 yerli film ekranlara çıxarkən, indi bu rəqəm 139-a çatıb. Bu il kinoya gedən 55 milyon insandan 30 milyonu yerli filmə baxıb.  Yerli filmə baxılmasında 60 faizi ötən  nisbətlə Avropada birinci yerdəyik. Son illərdə müxtəlif filmlərimiz beynəlxalq festivallarda mükafatlara layiq görülür.

Bu il 28,5 milyon lirə kimi rekord səviyyədə dəstək verilən sektora gələcək ilin bütçəsindən 40 milyon lirə vəsait ayrıldığını da açıqlayan nazir bildirib ki,  xüsusilə gənclərin layihələrinə, ilk filmini çəkəcək rejissorlara, animasiya və qısa film çəkən sənətçilərə dəstək verilməkdə davam ediləcək.

Әlaqәli Xәbәrlәr