Türk seriallarının yeni hədəfi Uzaq Şərqdir

Amerika Birləşmiş Ştatlarından sonra dünyada ən çox serial ixrac edən 2-ci ölkə olanTürkiyədə serial sektoru ölkəyə milyonlarla dollar pul qazandırmağa davam edir.

623782
Türk seriallarının yeni hədəfi Uzaq Şərqdir

Türk serialları Orta Şərqdən və çəhrayı serialları ilə məşhur olan Latın Amerikası ölkələrindən sonra Uzaq Şərq bazarına da açılır.
 
 Türk serialları Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İstanbul Ticarət Palatasının əməkdaşlığı ilə  6-9 dekabr tarixlərində Sinqapurda keçiriləcək və 5 mindən çox peşəkar iştirakçısı ilə Uzaq Şərqinin ən böyük sərgisi olan XVII Asiya TV Forumda (ATF) nümayiş olunacaq.
 
 Türk serial sektorunun yeni bir limanı olan ATF Sinqapurda ilk dəfə Türkiyə stendi açılacaq və beləliklə, Türk serial rejissorlarına əsərlərinin təqdimi və satışı üçün imkan yaranacaq. Bundan başqa, xarici sərmayədarlara Türkiyənin film çəkiliş məkanları tanıdılacaq.
 
 Amerika Birləşmiş Ştatlarından sonra dünyada ən çox serial ixrac edən 2-ci ölkə olanTürkiyədə serial sektoru" Min Bir Gecə", "Fatmagülün Nə Günahı var", "Əzəl", "Qara Para Eşq", "Sıla", "Yarpaq Tökümü", "Aşkı-Memnu" kimi bir çox seriallla ölkəyə milyonlarla dollar pul qazandırmağa davam edir.
 
 2001-ci ildə Türkdilli ölkələrdən başlayaraq, Balkanlar, Orta Şərq və Latın Amerikası kimi regionlara qədər gedən Türkiyənin serial film ixracına dair rəqəm 2014-cü ilin sonunda 200 milyon ABŞ dolları olduğu halda, keçən il 250 milyon dollaradək yüksəldi. Bu il isə serial ixracından əldə edilən gəlir 300 milyon dollar oldu.
 
 Bu günə qədər xaricə satılan təxminən 150 Türk serialı Orta Şərq, Şimali Afrika, Şərqi Avropa, Qərbi Avropa, Asiya, Amerika, Latın Amerikasındakı 100-dən çox ölkədə 500 milyon tamaşaçı tərəfindən izlənilib.



Әlaqәli Xәbәrlәr