Türk pianoçu Deniz İrǝm Qur  birinci olub

Türk pianoçu Deniz İrǝm Qur, Mərakeşdə təşkil edilən Şahzadə Məryəm Beynəlxalq Piano Yarışmasında birinci seçilib.

617387
Türk pianoçu Deniz İrǝm Qur  birinci olub

Qur,“Gənc Piyanist” nominasiyasında qazandığı mükafatı Rus piyanist Konnov Evgeni ilə bölüşüb.

Eyni nominasiyada Korkin Mixail ikinci vǝ Cənubi Koreyalı Jungwook Lee ilǝ Mǝrakeşli Berrada Lina üçüncü olub.

Paytaxt Rabatda təşkil edilən mükafat mərasimində, Türkiyənin Rabat səfiri Əthem Barkan Öz vǝ çox sayda xarici diplomat qatılıb.

Piano təhsilinə Vyana Musiqi və Səhnə Sənətləri Universitetində davam edən 22 yaşındakı Deniz İrǝm Qur, mükafat mərasimindǝn sonra verdiyi açıqlamada

beynəlxalq bir yarışmada Türkiyəni təmsil etmǝkdǝn vǝ belǝ ǝhǝmiyyǝtli tǝdbirdǝ birincilik müxafatına layiq görülmǝkdǝn qürur duyduğunu ifadǝ edǝrǝk: “Bu mükafatların ardıcıl olmasını arzulayıram. Bundan sonrakı hədəfim, ölkəmi beynəlxalq yarışma və konsertlərdə ən güçlü formada təmsil etməkdir” deyǝ vurğulayıb.

Rabatda 1994-ci ildən bu yana iki ildə bir tǝşkil edilǝn yarışmağa 26 ölkədən 95 pianoçu qatıldı.

 

 



Әlaqәli Xәbәrlәr