Bakıda Türk filmləri həftəsi

Qardaş ölkələr arasındakı körpülər kinonun gücü ilə daha da möhkəmlənir

615990
Bakıda Türk filmləri həftəsi

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı olub.

 Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

Rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verib. O, qardaş ölkələr arasındakı olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. Qeyd olunub ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək deyib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq.

AZƏRTAC 

 



Әlaqәli Xәbәrlәr