TRT Layihə Mükafatı

TRT Antalya Film Forumunda seçiləcək bir layihəyə 40 min TL məbləğində inkişaf dəstəyi verəcək.

589080
TRT Layihə Mükafatı

Türk film sənayesi ilə köklü və uzunmüddətli münasibətlər yaradan Türkiyə Radio Televiziya Qurumu (TRT) 16-23 oktyabr tarixlərində keçiriləcək 53-cü Beynəlxalq Antalya Film Festivalı çərçivəsində təşkil olunan Antalya Film Forumunda seçiləcək bir layihəyə 40 min TL məbləğində inkişaf dəstəyi verəcək.
 
 Bu il ilk dəfə festival çərçivəsində yer alan, birgə istehsal və layihə yaratma platforması olan Antalya Film Forumu başda Türkiyə olmaqla, dünyanın hər yerində birgə istehsal imkanlarını artırmaq, prodüser və rejissorların yeni filmlər istehsal etməsinə və layihələrinin beynəlxalq kinomatoqrafiya sənayesində yer tutmasına töhfə vermək məqsədi güdür.
 
 Ötən il keçirilən "Kinofilmə Televiziyadan Baxmaq: TRT TV Filmləri" mövzulu paneldə peşəkarların böyük marağı ilə qarşılaşan TRT, bu ilki foruma daha güclü qatılımı hədəfləyir.

 

 



Әlaqәli Xәbәrlәr