Türkiyədə "İtalyan Mətbəxi Həftəsi" və "Autentico Italiano" proqramları təşkil olunacaq.

21-27 noyabr tarixləri arasında İstanbul və Ankarada "İtalyan Mətbəxi Həftəsi" və "Autentico Italiano" proqramları təşkil olunacaq.

588895
Türkiyədə "İtalyan Mətbəxi Həftəsi" və "Autentico Italiano" proqramları təşkil olunacaq.

21-27 noyabr tarixləri arasında İstanbul və Ankarada "İtalyan Mətbəxi Həftəsi" və "Autentico Italiano" proqramları təşkil olunacaq.
 
 Tədbir programı İtalilya səfiri Luigi Matiolonun ev sahibliyində İtaliya Ticarət və Təqdimat Agentliyi (ITA) İstanbul ofisinin direktoru Aniello Musellanın, İtaliya Mətbəx Akademiyasının (ALMA) İstanbul Nümayəndə Heyətinin sədri Aldo Kaslowskinin və Mətbəx Sənətləri Akademiyası (MSA) ilə ALMA nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında açıqlandı.
 
 "Settimana della Cucina İtaliana" konsepsiyasında təşkil olunacaq proqramlar, İtaliya Mədəniyyət Mərkəzi, İtaliya Xarici Ticarət və Təqdimat Agentliyi, Mətbəx Akademiyası və İtaliya Liseyi IMI-nin əməkdaşlığı ilə bu mədəniyyəti sevənləri ilə görüşdürəcək.
 
Aşpazlar və ekspertlər italyan mətbəx mədəniyyətinin nümunələrini  qastronomiya peşəkarları və istehlakçılarla bölüşəcək.
 
 "Autentico Italiano" layihəsi çərçivəsində keçiriləcək workshoplar ilə İtaliya mətbəxinə məxsus qurman məhsullarını yaxından tanımaq imkanı əldə edən qastronomiya peşəkarları bundan başqa, dünyaca məşhur ALMA aşbazlarının MSA-da keçiriləcək italyan yeməkləri kurslarına da qatılmaq fürsəti qazanacaqlar.
 
 MSA-ALMA əməkdaşlığı ilə 2016-2017 MSA workshoplarında italyan aşbazlar 7 günlük kurslar keçəcəklər. "İtalyan Qida Məhsulları Həftəsi" çərçivəsində isə 1 ay ərzində İtalyan məhsullarının təqdimatına dair həvəsləndirmə fəaliyyətləri və kursları təşkil olunacaq.



Әlaqәli Xәbәrlәr