Avropa Şurasında xain çevriliş cǝhdindǝ yaşananları ǝks etdirǝn fotoşǝkil sǝrgisi açılıb

Avropa Şurası, Anadolu Agentliyi (AA) müxbirlərinin obyektivindən, Fǝtullahçi Terror Təşkilatı Paralel Dövlət İdarǝçiliyi (fǝto/PDY)-nin 15 iyul çevriliş cǝhdi zamanı yaşananları əks etdirən fotoşəkil sərgisinǝ ev sahibliyi edir.

588542
Avropa Şurasında xain çevriliş cǝhdindǝ yaşananları ǝks etdirǝn fotoşǝkil sǝrgisi açılıb

Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Strasburqda Avropa Şurası Parlament Assambleyasının ümum iclasındakı çıxışından sonra Avropa Şurasının Baş katibi Thorbjørn Jagland və sədri Pedro Agramunt ilə birlikdə fotoşəkil sərgisinin rəsmi açılış mǝrasiminǝ qatılıb.

Türkiyədə 15 İyulda yaşananların daha yaxşı başa düşülməsi üçün sərgisinin açıldığını ifadǝ edǝn Çavuşoğlu: “15 iyul gecəsi Türk xalqı tərəfindən çǝkilǝn fotoşǝkillǝri hǝr kǝs görmǝlidir. Mən bəzi videoları izlǝrkǝn belǝ çox tǝsirlǝnirǝm. Lakin nə olduğunu yerində izlǝmǝyinin üçün sizlǝri Türkiyəyə dəvət edirəm” deyib.

AŞPA-nın sədri Pedro Agramunt, demokratiyanı müdafiǝ edǝn Türk xalqına təşəkkürlǝrini bildirib. Sərginin Avropa Şurasında açılmasının mənadar olduğunu qeyd edib.

Avropa Şurasının Baş katibi Thorbjørn Jagland da öz növbǝsindǝ bildirib ki, “ Çevrilişçilǝr xain cǝhdlǝrindǝ uğurlu ola bilsǝlǝrdi, Türkiyənin Avropa Şurasına üzvlüyü sona çatardı. Əsgər, hüquqa və dövlətin rəhbərliyinə sadiq olmalıdır. Türk xalqı o gecə prospektlərə axışaraq hüququ müdafiə etdi. Türk xalqına dǝstǝk vermǝliyik”.



Әlaqәli Xәbәrlәr