ABŞ-da 14-cü Washington Türk Festivalı keçirildi

ABŞ-da ənənəvi “Türk İrsi” ayı çərçivəsində 14-cü Washington Türk Festivalı keçirildi.

576843
ABŞ-da 14-cü Washington Türk Festivalı keçirildi

Amerika Birləşmiş Ştatlarının paytaxtı Washington və ətrafında yaşayan Türklər və fərqli millətlərdən olan qonaqlar Washington Türk-Amerikan Dərnəyinin rəhbərliyi ilə Ağ Evə yaxın olan prospektdə keçirilən festivalda bir araya gəldilər.

Türk mədəniyyətini əks etdirən çox sayda tədbirlərlə yanaşı Türk mətbəxinin ən ləzzətli nümunələrinə də yer verilən festivalda Türk xalq oyunlarının nümayişi oldu.

Milli qiyafətlərdə səhnəyə çıxan rəqqasların rəqsi böyük maraqla izlənildi.

Festivalda Osmanlı-Türk mədəniyyətini əks etdirən nümunələrin sərgiləndiyi stendlər maraqla qarşılandı.

Əl toxuması olanTürk xalçaları ilə bərabər ənənəvi Osmanlı qiyafətlədinin və çini qabların sərgiləndiyi stendlərin qarşısında toplaşanlar arasında həm qonaqlar, həm də Türklər vardı.

Festivala ailələklə gedənlər də unudulmadı, Festivalın keçirildiyi məkanda uşaqlar üçün  xüsusi əyləncə sahələri yaradıldı.

 

 



Әlaqәli Xәbәrlәr