İstanbulda Türk Dili Bayramı keciriləcək

2-ci Türk Dili Bayramı 27 Avqustda İstanbulda keçiriləcək.

556749
İstanbulda Türk Dili Bayramı keciriləcək

 Yunus Əmrə İnstitutunun bu il 46 ölkədən 540 məktəblinin iştirakı ilə yeddinci  dəfə təşkil etdiyi "Türk Dili Yay Məktəbi" Türkiyə Prezident Aparatının himayəsi altında İstanbulda 27 avqustda keçiriləcək 2-ci Türk Dili Bayramı ilə yekunlaşacaq.
 
 "Türk Dili Yay Məktəbi"ndə iştirak edən məktəblilər 16 fərqli şəhərdə 20 universitetin ev sahibliyi ilə tarixi və turizm yerlərini gəzərəklər, Türk dilini yerində öyrənmək və Türk mədəniyyətini tanımaq imkanı qazanacaqlar.
 
 Məktəblilər "İnsan və Türk Dili" mövzulu yekun tədbirində Türk dilində dünyaya sülh, dostluq və sevgi ismarıcları yollayacaqlar. Dünyanın bir çox yerində müharibələrin olduğu bir dövrdə bu ismarıclar çox əhəmiyyətli bir çağırış olacaq.
 
 Böyük mədəniyyətlər yaradan bir millətin dili olan Türk dili söz xəzinəsinin zənginliyi, ahəngi və məcazları ilə güclü bir dil olaraq təqdim olunur.
 
 Sevgi dili -Türk dilinin şairinin adını daşıyan Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə 7 ildir həyata keçirilən "Türk Dili Yay Məktəbi" proqramı Türk dili və Türk mədəniyyətinin tanıdılması istiqamətində  çox mühüm işlər görmüşdür.
 
 Xarici ölkələrdə 45 mərkəzi  fəaliyyət göstərən institut ilk dəfə bu il Amerika qitəsini də proqramlarına qataraq, Cənubi Amerikada bir mərkəz açmağı planlaşdırır.
 
 Qeyd edək ki, keçən il 60 ölkədən 500-ə yaxın məktəblinin iştirak etdiyi "1000 İlin Səsi Türk Dili Bayramı" təntənəli şəkildə qeyd olunmuşdu. Fərqli ölkələrdən gələn məktəblilər böyük səhnədən dünyaya Türk dilində sülh, dostluq və sevgi ismarıcları göndərmişdi.



Әlaqәli Xәbәrlәr